“Yeraltı iqlim dəyişikliyi” – səssiz təhlükə

Elm adamlarının “yeraltı iqlim dəyişikliyi” adlandırdıqları fenomen, Çikaqoda aparılan bir araşdırmaya görə, şəhərlərin altındakı torpağı deformasiya edir. Tədqiqatın nəticələrinə əsasən şəhər ərazilərində torpağın tərkibinin dəyişməsi binalar və infrastruktur üçün problem yarada bilər, onların uzunömürlülüyünə ziyan vura bilər.

TIME CNN-in məqaləsinə istinadən bildirir ki, texniki olaraq “yeraltı istilik adaları” kimi tanınan yeraltı iqlim dəyişikliyi, binaların və metro sistemləri kimi yeraltı nəqliyyatın yaratdığı istilik nəticəsində ayaqlarımızın altındakı yerin istiləşməsidir.

Amerikalı alimlərin sözlərinə əsasən şəhər nə qədər sıx olarsa, yeraltı iqlim dəyişikliyi də bir o qədər sıx olar.

“Torpaq, qayalar və tikinti materialları temperatur dəyişdikdə deformasiyaya uğrayır. Binaların altındakı torpaq istinin təsiri altında sıxlaşır və bu proses arzuolunmaz çökməyə səbəb olur”, – alomlər qeyd edirlər.

Tədqiqatda deyilir ki, Nyu-York bir milyondan çox binaya sahib olduğu üçün batıb
“Yeraltı iqlim dəyişikliyi nəticəsində yaranan deformasiyalar nisbətən kiçikdir, lakin onlar daim inkişaf edir. Zaman keçdikcə, onlar təməllər, daşıyan divarlar, tunellər və s. kimi mülki infrastrukturun yaradılmasında önəm veriləcək amilə çevriləcək.

Çikaqo Universitetinin geofizika elmləri üzrə professoru Devid Arçer bildirib ki, yeraltı iqlim dəyişikliyi, əsasən istixana qazlarından qaynaqlanan və geniş təsirlərə malik olan atmosferdəki iqlim dəyişikliyi ilə eyni deyil.

“Bunu iqlim dəyişikliyi adlandırmaq bir az düzgün deyil. Lakin bu tədqiqat “yeraltı iqlim dəyişikliyi” terminini icad etməyib – ondan öncədə istifadə edilib və bu fenomen bir müddət tədqiqat obyekti olub və məlum olub ki, bu proses “səssiz təhlükədir”.

Son 25 ildə tədqiq edilən “yeraltı iqlim dəyişiklikləri” qrunt sularının çirklənməsi və ya yeraltı dəmir yollarının sıradan çıxması kimi problemlərə səbəb ola bilər, çünki həddindən artıq isti relslərin əyilməsinə və sərnişinlərin xəstələnməsinə səbəb ola bilər.

Çikaqo Loopda həm yerin üstündə, həm də altında, zirzəmilər, tunellər və qarajlar kimi müxtəlif yerlərdə 150 ​​temperatur sensoru quraşdırılaraq araşdırma həyata keçirilib. Eyni zamanda, Miçiqan gölü boyunca yerləşən Qrant Parkda tikintidən və ya nəqliyyatdan gələn artıq istilik olmadan inkişaf etməmiş ərazidə temperaturları müqayisə etmək üçün sensorlar da yerləşdirilib. Məlumatlar üç il ərzində toplanıb və məlum olub ki, Çikaqo Loop altındakı yerin parkın altındakı yerdən 18 dərəcə Farenheit (10 dərəcə Selsi) daha isti olur.

Tədqiqatçılar məlumatlardan Chicago Loop-un kompüter modelini qurmaq və 1950-ci ildən 2050-ci ilə qədər yüksələn temperaturun yerə təsirini simulyasiya etmək üçün istifadə etdilər. Nəticədə məlum olub ki, torpağın tərkibindən asılı olaraq yer istiləşməyə qeyri-bərabər reaksiya verir.

Yeraltı iqlimin dəyişməsi metro kimi sistemlərə və strukturlara təsir göstərə bilər və həddindən artıq istilik səbəbindən relslərin ayrilməsinə və ya sərnişinlərin xəstələnməsinə səbəb ola bilər.

Alimlər onuda qeyd ediblər ki, yeraltı iqlim dəyişikliyi insanların təhlükəsizliyinə və binaların dağılmasına təhlükə yaratmır. Bu, daha çox, konstruksiyaların funksionallığı və dayanıqlılığı üçün potensial problem yaradır, çünki həddindən artıq qrunt deformasiyaları əyilmələrə və çatların yaranmasına səbəb ola bilər. Nəticədə, su çatlamış infrastruktura daha asan nüfuz edərək dəmir-beton materialların korroziyasına səbəb ola bilər.

Alimlər araşdırma nəticəsində bir fürsət aşkar etdiklərini bildiriblər. Belə ki, gələcəkdə binalar bu fenomen nəzərə alınmaqla tikiləcək, çünki müasir tikinti texnologiyalar və qaydalar daha üstün izolyasiya və enerji səmərəliliyi tələb edir.

Alimlər fürsəti binaların altında və ya yaxınlığında geotermal texnologiyaları yerləşdirməkdə görürlər. Bu texnologiyalar əmələ gələn artıq istiliyi udaraq ondan istilik və soyutma üçün istifadə etməyə imkan verəcək.

Leave a Reply