Bu gün Xalq artisti Telman Adıgözəlovun anadan olmasının 70 illiyi tamam olur. Görkəmli aktyor çoxsaylı rolları ilə yanaşı, müasir stendaplardan geridə qalmayan duzlu-istiotlu satirik monoloqları ilə yaddaşlarda qalıb.
TIME bildirir ki, Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub.
Bu gün Xalq artisti Telman Adıgözəlovun anadan olmasının 70 illiyi tamam olur#Azərbaycan #mədəniyyət #teatr #kino #aktyor pic.twitter.com/RG9U6P8rlw
— Ministry of Culture of the Republic of Azerbaijan (@culture_gov_az) July 17, 2023
Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə “Dəli yığıncağı” Zəncirvuran, İ.Əfəndiyev “Xurşidbanu Natəvan” Daşdəmir, “Mahnı dağlarda qaldı” Rəhman, Şekspir “Maqbet” Flins, M. İbrahimov “Közərən ocaqlar” Xanəhməd, H.Cavid “İblis” Şeypurçu, S.Vurğun “Vaqif” Təlxək, S.Rəhman “Nişanlı qız” çeşməkli kişi, E.Baxış “Qədr gecəsi” Oyunbaz, Elçin “Ah Paris…Paris!..” Əhməd, “Mənim sevimli dəlim” Professor, R.Novruz “Hələ “sevirəm” deməmişdilər”də Qumarbaz obrazlarını göstərmək olar. İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış “Yaşıl eynəkli adam“, “Ordan-burdan“, “Qonşular”, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi“, “Üzü küləyə“, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar oynayıb.
Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.