Hazırda dünya üzrə təxminən 184 milyon insan – dünya əhalisinin 2,3 faizi vətəndaşlıq olduqları ölkədən kənarda yaşayır. Bunların təxminən yarısı aşağı və orta gəlirli ölkələrdədir. Dünya qlobal iqtisadi balanssızlıqlar, fərqli demoqrafik meyllər və iqlim dəyişikliyi ilə mübarizə apararkən, miqrasiya bütün gəlir səviyyələrində olan ölkələr üçün növbəti onilliklərdə zərurətə çevriləcək.
TIME Dünya Bankının “Miqrantlar, qaçqınlar və cəmiyyətlər” (“Migrants, refugees, societies”) hesabatına istinadən bildirir ki, düzgün idarə olunarsa, miqrasiya rifahın aparıcı qüvvəsi ola bilər və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edər.
2023-cü il üzrə Dünya İnkişaf Hesabatı sərhədyanı hərəkətlərin hər iki təyinat və mənşə ölkəsinə, eləcə də miqrantların və qaçqınların özlərinə inkişaf təsirini maksimum dərəcədə artırmaq üçün inteqrasiya olunmuş çərçivə təklif edir. O, əmək iqtisadiyyatı və beynəlxalq hüquqa əsaslanaraq, iki amilə diqqət yetirən “uyğunluq və motiv” matrisinə əsaslanan çərçivə təklif edir:
- miqrantların bacarıq və keyfiyyətlərinin təyinat ölkələrinin ehtiyaclarına nə dərəcədə uyğun olması
- onların miqrasiyasının arxasında hansı motivlər dayanması.
Bu yanaşma siyasətçilərə müxtəlif növ yerdəyişmə arasında fərq qoymağa və onların hər biri üçün miqrasiya siyasəti hazırlamağa imkan verir. Beynəlxalq əməkdaşlıq miqrasiyanın effektiv idarə olunması üçün mühüm əhəmiyyət kəsb edəcək.
Hesabatda bildirilir ki, Dünya Bankının müvafiq komandası bir sıra ikitərəfli məsləhətləşmələr aparıb və bir neçə nəfərlə Azərbaycan, Ermənistan, Banqladeş, Kamerun, Mərkəzi Afrika Respublikası, Kolumbiya, Kot-d’İvuar, Danimarka, Estoniya, Efiopiya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Qvatemala, İndoneziya, İtaliya, Yaponiya, İordaniya, Küveyt, Latviya, Litva, Meksika, Mərakeş, Hollandiya, Peru, Filippin, Portuqaliya, Səudiyyə Ərəbistanı, İsveç, İsveçrə, Tunis, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarına və Vatikana sahə səfərləri keçirib.
Sənəddə qeyd edilib ki, məcburi köçkünlərin tərifləri ölkələr arasında əhəmiyyətli dərəcədə fərqlənir. Məcburi Köçkünlər üçün xüsusi qanunvericilik bazası olan 72 ölkədən yalnız 21-i Rəhbər Prinsiplərdəki tərifdən istifadə edir. Bir çox hallarda məcburi köçkünlər xüsusi qruplara, coğrafi ərazilərə və ya köçkünlük səbəblərinə görə məhdudlaşır. Belə ki, İraqın Kürdüstan bölgəsi yerdəyişməni konkret münaqişə hadisələri ilə əlaqələndirir. Gürcüstan və Ukrayna müxtəlif vaxtlarda məcburi köçkünləri bir neçə seçilmiş qruplara məhdudlaşdırıb.

Bir şəxsin məcburi köçkün sayılmaq üçün nə qədər və hansı müddət ərzində qaçmalı olduğu; köçəri qruplar nə deməkdir; məcburi köçkünlər tərəfindən doğulmuş uşaqların özlərinin Azərbaycanda və Kolumbiyada olduğu kimi məcburi köçkün olub-olmaması haqda konsensus yoxdur.
Daxili yerdəyişmə demək olar ki, müqayisə oluna bilməyən geniş situasiyaları əhatə edir:
- Mayn ştatında daşqından təsirlənən ABŞ ailələri;
- Ukraynalılar Rusiyanın işğalı nəticəsində öz yurdlarından didərgin düşməsi;
- Kabil ətrafında məskunlaşmış əfqan qaçqınlarının geri qaytarılması;
- Efiopiyada öz yerlərindən qovulmuş kəndlilərin aqrosənaye layihələrdə yer almaq üçün açılan evlər.
Hesabatda bildirilir ki, müxtəlif daxili yerdəyişmə növlərini fərqləndirmək müvafiq problemlərin effektiv həlli üçün açardır.
Rəhbər Prinsiplər daxili yerdəyişmənin bir sıra potensial səbəblərini sadalayır. Lakin siyahı hərtərəfli deyil, bəzi milli qanunlar və siyasətlər yerdəyişmənin səbəblərini genişləndirir və ya konkretləşdirir onların xüsusi kontekstləri üçün (bəziləri hətta daha geniş səbəblə əlaqəli xüsusi hadisələri qeyd etməklə fərdləri, ev təsərrüfatlarını və ya qrupları qaçmağa sövq edir), digərləri onların əhatə dairəsini və ya diqqətini daha qısa siyahı ilə məhdudlaşdırıblar.
Məsələn, Azərbaycanın “Qaçqınların statusu haqqında” qanunu və Məcburi Köçkünlər daxili yerdəyişmənin səbəblərini hərbi təcavüzlə, təbii və ya texnoloji fəlakətlərlə məhdudlaşdırır.
Hazırda artıq Azərbaycan, Bosniya və Herseqovina, Kolumbiya, Kot-d’İvuar, Kürdüstan regionları yaxşı əməkdaşlıq nümunələri kimi qeyd edilir.
Hesabatın əsas mesajları
- Vətəndaş olduqları ölkədən kənarda yaşayan insanlara diqqət yetirin. Miqrantla qeyri-miqrant arasındakı əsas fərq təyinat ölkəsinin vətəndaşlığı (və ya onun olmaması) və onunla bağlı hüquqlardır. Vətəndaşlığa qəbul edildikdən sonra köçkün miqrant olmağı dayandırır: o, digər vətəndaşlarla eyni problem və imkanlarla üzləşir, baxmayaraq ki, bəzi hallarda milli azlıqlar əlavə çətinliklərlə üzləşirlər.
- Sərhədlərarası hərəkətlərin mürəkkəbliyini və artan ehtiyacını dərk edin. Dünya əhalisinin təxminən 2,3 faizi – 184 milyon insan, o cümlədən 37 milyon qaçqın mənşə ölkələrindən kənarda yaşayır. Təxminən 43 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayır. Bütün gəlir səviyyələrində bir çox ölkələr miqrantların həm mənşəyi, həm də təyinat yeridir. Demoqrafik fərqlərə və iqlim dəyişikliyinə görə miqrasiya qarşıdakı onilliklərdə bütün gəlir səviyyələrində olan ölkələr üçün getdikcə daha çox zəruri olacaq.
- Müvafiq siyasi cavabları müəyyən etmək üçün müxtəlif miqrasiya növlərini çeşidləyin. Miqrantların bacarıq və keyfiyyətlərinin təyinat ölkələrinin ehtiyaclarına nə dərəcədə uyğun olması onların hərəkətinin iqtisadi nəticələrini böyük ölçüdə müəyyən edir. Yerdəyişmənin altında yatan motivlər təyinat ölkələrinin beynəlxalq hüquq çərçivəsində öhdəliklərini müəyyən edir.
- İnsanlar özləri, təyinat ölkələri və mənşə ölkələri üçün yaşadıqları cəmiyyətin ehtiyaclarına yüksək dərəcədə uyğun gələn bacarıq və keyfiyyətlər gətirdikdə onların mənfəətini maksimuma çatdırın.
- Qaçqınlara maliyyə və sosial cəhətdən davamlı şəkildə beynəlxalq müdafiə təmin edin, çünki əksər qaçqınlarla bağlı vəziyyətlər uzun illər davam edir.
- Miqrantların insan hüquqlarına və ləyaqətinə hörmət etməklə çətin vəziyyətdə olan insanları köçürmək ehtiyacını azaldın və bu səylərdə inkişafın əsas rolunu tanıyın.
- İstər mənşə, istərsə də təyinat ölkələrində miqrasiyanı strateji şəkildə idarə edin. Mənşə hökumətlər əmək miqrasiyasını inkişaf strategiyasının ayrılmaz hissəsinə çevirməli, təyinat ölkələrinin hökumətləri isə əmək ehtiyaclarını ödəmək üçün “güclü uyğunluq” miqrasiyasından istifadə etməlidirlər.
- Sərhədlərarası yerdəyişmələri müxtəlif yollarla idarə edin. Miqrantların bacarıq və keyfiyyətlərini təyinat ölkələrinin ehtiyaclarına daha yaxşı uyğunlaşdırmaq üçün ikitərəfli əməkdaşlıqdan istifadə edin. Qaçqın yerdəyişməlırinini həll etmək və sıxıntı vəxiyyətində yerdəyişmə ehtiyaclarını azaltmaq üçün regional və qlobal cavab tədbirləri təşkil edin. Yeni və proqnozlaşdırıla bilən maliyyə alətlərinin inkişafına diqqət yetirin. Hazırda bir çox siyasi debatlarda az təmsil olunan səslərə qulaq asın.