Hindistanda ən güclü musson yağışlardan biri yaşanır – VİDEO

Hindistanda son onilliklərin ən güclü musson yağışlarından biri yaşanır.

TIME xarici mətbuata istinadən bildirir ki, daşqın nəticəsində onlarla insan ölüb.

“Hindistanın şimalında leysan yağışların səbəb olduğu sürüşmənin şəhəri vurması anında dramatik görüntülər çəkilib. Hindistanda son onilliklərin ən güclü musson yağışlarından biri yaşanır və daşqın nəticəsində bir neçə nəfər ölüb”, – deyə hadisə yerindən çəkilmiş videonun şərhində qeyd edilib.

Qeyd edək ki, tropik mussonların əmələ gəlməsinin başlıca səbəbi, yarımkürələrin il ərzində müxtəlif cür qızması ilə əlaqədar ekvatorial alçaq təzyiq qurşağının (ekvatorial barik depressiyasının) gah şimal, gah da cənub yarımkürəsinə keçməsidir.

Tropik mussonlar materiklərin şərq sahilləri boyu daha aydın təzahür edərək, ekvatorial Afrikada, Hindistanda, Hind-Çində və qismən Şimali Avstraliyada geniş əraziləri əhatə edir.

Tropikdənkənar və ya mülayim qurşaq mussonları materik və okeanların qızıb-soyuması nəticəsində əmələ gəlir. Asiyanın şərq ucqarlarında və Hokkaydo adasında güclü, Şimali Amerikanın Labrador sahəsində nisbətən zəif müşahidə edilir.

Uzaq şərqdə yay mussonlarının təsiri Zabaykalyeyə qədər hiss olunur. Qütbyanı musson Avrasiyanın tundra zonasında qışda materikdən Şimal Buzlu okeanına, yayda isə əks istiqamətdə əsən, lakin mussona xas olmayan effekt verməyən küləklərə deyilir. Məhz buna görə də bu sirkuliyasiya musson yox, musson təmayülü adlanır.

Leave a Reply