Shoping edərkən və ya online alış-veriş edərkən qadınlar bəzən aktuallıq amilini unudurlar. Belə ki, bəzən biz trenddə olan dəbli geyimi görüb bəyənirik və onun bizim üçün nə dərəcədə uyğun olub-olmadığını unudaraq ani qərar verib alırıq. Lakin sonradan bu gözəl aksessuarın vü ya svitşortun heçdə bizim yaşımıza və stilimizə uyğun gəlmədiyini görürük.
TIME aşağıda 35+ yaşda heçdə gözəl görünməyən 5 dəbli geyim çeşidlərinə müşahidə olunan marağın bəzən uğursuz olduğunu şəkillərdə göstərməyə çalışır.
Böyük ölçülü yaxalıqlar

Bir az infantil, romantik görünən yaxalıqlar bir ildən çoxdur ki, moda meyllərinin zirvəsindədir. Belə ki, bir neçə tanınmış moda evi bu detalla bəzədilmiş gödəkçələri, məktəbli formasına oxşayan ağ və qara paltarları yeni kolleksiyalarına daxil ediblər. Artıq yeni olmayan dəbli element məktəbli qızların, tələbələrin və romantik təbiətli obrazları mükəmməl şəkildə tamamlayır. Lakin 35+ yaşındakı qadının qarderobuna bu cür yaxalıqları daxil etmək hər zaman uğurlu alınmır, xanımlar ən azından incə belli tələbə qız formasında olmalıdırlar ki, yaxalığı paltarlarına əlavə etdikdə yumru yanaqlı bufet satıcısına deyil, “romantik tələbə qız” obrazları ahəngdar görünsün.
İdman stilində “danışan” köynəklər

İndividuallılığınızı ifadə edə biləcəyiniz “Manifesto” stilində köynəklər ötən ilin parlaq trendinə çevrilib və o qədər uğurlu olub ki, bu ildə aktuallığını itirməyib. Xüsusi və bəzən üsyankar mesajı olan köynəklər həm xarici ulduzların, həm də moda bloggerlərinin fotolarında görünür. Trend bir çox gənc qızın ürəyincə olub. Axı bu dəbli element onların individuallığını vurğulayan və xüsusi imic yaratmağa imkan verən asan bir yoldur. Lakin 35+ qadınlarda mesaj köynəyi bir az qəribə və hətta ucuz görünəcək. Xüsusilədə qarderobun qalan hissəsi yaşa uyğundursa və bir çox tendensiyaları birləşdirmirsə.
Hiper oversize

Hiper oversize dəb aləmində yeni nəfəs və ya qaynar hit olmasa da, o, məşhur brendlərin yeni kolleksiyalarında yer ala bilib. Müasir dizaynerlər hiper oversize istiqamətindən imtina etmək niyyətində deyillər. Brendin yeni kolleksiyasında hər şey ölçüsüz görünür: palto və gödəkçələrdən şalvar və paltarlara qədər. Bununla belə, böyük ölçülü geyimlər hələ də gənclər arasında daha çox rast gəlinən hip-hop mədəniyyəti, sərbəst həyat tərzi. Hiper həcmli paltarda olan 35 yaşdan yuxarı bir qadın bir çox hallarda qəribə görünür, incəlik və qadınlıq əlamətlərini itirir.
Diz corabları/yüksək corablar

Hətta yay mövsümündə də bir çox modaçılar bu tendensiyanı nümayiş etdirmək şansını qaçırmırlar. Ətək və ya paltar ilə qadın geyimləri komplektləri qolflar və ya uzun ağ corablarla tamamlanır. Artıq yeni olmayan bu dəbli tendensiya yenə də preppy üslubuna və universitet formasına hörmət əlaməti xarakteri daşıyır. 35 yaşdan yuxarı bir qadının bu cür tərzdən tamamilə imtina etməsinə ehtiyac yoxdur, lakin geyim tərzini düzgün tərtib etmək və məkana uyğun şəkildə istifadə etmək lazımdır. Bu elementi xanımlarımız süni “gənc qız” obrazı yaratmaq üçün deyil, sport və ya street stile elementi kimi istifadə etsələr bəlkədə daha gözəl görünər, çünki əks halda corablara vurğu gülünc obraz yarada bilər. Məsələn, bu formada vacib bir ofis görüşünə gəlsəniz.
Futuristik ayaqqabılar

Məşhur markaların yeni kolleksiyaları ayaqqabıların rolunu dəbli obrazların yaradılmasında önə çəkir. Belə ki, artıq obrazda nə qədər nəzərə çarpan, qeyri-adi və təxribatçı ayaqqabı və ya çəkmələr olsa, bir o qədər yaxşıdır.
Lakin eksentrik, futuristik ayaqqabılar hər kəs üçün deyil və ilk növbədə, yaradıcı insanlar, moda gurusu, eləcə də cəmiyyəti şoka salmaqdan qorxmayan şık gənclərlə əlaqələndirilir. 35+ yaşda özünü təsdiq etmiş qadınların belə təcrübələrə ehtiyacı yoxdur. Əlbəttə ki, əgər ruh halınız bunu tələb edirsə klassik obrazınızı qeyri adi rənqdə futuristik ayaqqabılarla tmamlaya bilərsiniz, heç kim sizə mane olmayacaq. Lakin öncədən görüntünün yarada biləcək təəssüratı gözə alsanız daha yaxşı olar.
Ümumilikdə, moda dünyasında yaş sərhədləri ildən ilə silinmək istiqamətində irəliləyir və bu müasir tendensiyalardan yerində və qədərində istifadə etdikdə rahat və zövglü obrazlar yaratmaq mümkündür, bunun üçün trendləri diqqətlə izləməyi və təhlil etməyi bacarmaq lazımdır.
Bir məsləhətimizdə var: “Heç vaxt və heç nəyi dəbdə olduğu üçün alıb geyinməyin. Hər bir yeni geyim və aksesuarı sahib olduğunuz qarderoba uyğun alın ki, asanlıqla geyim kombinləri yarada biləsiniz. Bu sizə büdcənizə qənaət etməklə daim dəbli görünməyə imkan verəcək. Əks halda isə yeni ətək və ya ayaqqabı sizdən yeni geyim komplekti almağı tələb edəcək və ya uğursuz təqdimatdan sonra dolabın bir küncündə qalacaq”.