Zəlzələ Xəbərdarlığını almaq üçün nə etməliyik?

Mobil telefonlarımızda zəlzələ xəbərdarlığı sisteminə qoşulmaq imkanı mövcuddur.

TIME bildirir ki, sistemin xəbərdarlıq bildirişi göndərməsi üçün telefonda məkan (GPS) düyməsi aktiv olmalıdır.

Telefonda Zəlzələ Xəbərdarlığı Sistemini aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır;

“Samsung” telefonlarında

1. Telefonda “Parametrlər”i açın və ekranı aşağıya doğru sürüşdürün.

2. Növbəti ekranda “Yer” xanasını seçin.

3. İndi “Məkan Xidmətləri” xanasını seçin.

4. Ekranı aşağıya doğru sürüşdürün.

5. Növbəti ekranda “Zəlzələ bildirişləri” düyməsini aktiv edin.

“Xiaomi” telefonlarında

1. Telefonda “Ayarlar”ı açın və ekranı aşağıya doğru sürüşdürün.

2. Növbəti ekranda “Məkan” xanasını seçin.

3. İndi “Məkan Müraciəti” xanasını seçin.

4. Daha sonra “Məkan Xidmətləri” xanasını seçin.

5. Növbəti ekranda “Zəlzələ bildirişləri” düyməsini aktiv edin.

Leave a Reply