İnsanların əksəriyyəti uşaq ikən rok ulduzu və ya pilot olmaq arzusunda olur. Lakin onlardan yalnız çıx az adam böyüyüb həm ulduz həmdə pilot ola bilir.
TIME xarici mətbuata istinadən bildirir ki, aktyorlardan tutmuş prezidentlərə qədər varlı və məşhur insanların bir çoxu sükan arxasında özü oturmağı sevir.
Aşağıda təqdim etdiyimiz qalereyada seçdikləri peşədə liderlərdən olan, dünyanın rəqbətini və sevgisini qazanmış, səmada uçmağı sevən və lisenziyalı pilot olan bır sıra tanınmış insanların ismlərini ilk dəfə görəcəksiniz.

Con Travolta 2022-ci il martın 20-də İnstagram-da qürurla aeronaviqasiya etimadnaməsini artırdığını və 737 təyyarə ilə uçmaq üçün lisenziya aldığını elan edib.
“Aviasiya tariximdə çox qürurverici bir an”, – deyən 68 yaşlı aktyor nəhəng təyyarənin qarşısında dayanarkən videoda bildirib ki, “747 və 707 lisenziyalarına əlavə etmək üçün sadəcə 737 lisenziyasını alıb.
O, təyyarə ilə uçmağı cəmi 15 yaşında olarkən öyrənib və 1978-ci ildə ilk pilot lisenziyasını alıb.
Əksər məşhurlardan fərqli olaraq o, kommersiya təyyarələri də daxil olmaqla bir neçə növ təyyarənin pilotlaşdırılması üçün lisenziya alıb. O, Boeing 707, Bombardier Challenger 601, Boeing 727 və üç Gulfstream təyyarələri daxil olmaqla ən azı yeddi təyyarənin sahibidir.

Tom Kruiz uçuş bacarığı ilə tanınan az sayda məşhurdan biridir. Deyilənə görə, onun helikopteri yerli ingilis ailəsinin evinin arxa bağına enəndə onlar son dərəcədə təəcüblənib. Uorvikşir sakinləri ilə əlaqə saxlayaraq yaxınlıqda yerləşən hava limanının müvəqqəti bağlanması ilə əlaqədar “adsız VİP”in onların mülkiyyətinə enməyə icazə istənilib. Onlar razılaşıblar və sükan arxasında Tom Kruz olduğunu görəndə ailə sevinc və təəcüb hisslərini gizlədə bilməyib. O, dərhal uşaqların yanına gedərək onları öz helikopterinə minməyə dəvət edib. Tom Kruiz 1994-cü ildən pilot lisenziyasına malikdir və İkinci Dünya müharibəsi P-51 Mustang döyüş təyyarəsi də daxil olmaqla dörd təyyarəyə sahibdir. Bu arada qeyd etməliyik ki, onun pilot peşəsinə marağına səbəb 1986-cı ildə klassik “Top Gun”da oynadığı rol olub, o bu roldan o gədər təsirlənib sonda pilot lisenziyası almaq qərarına gəlib.

Supermodel Jizel Bündhen 2009-cu ildən lisenziyalı helikopter pilotudur. O, BMT-nin Ətraf Mühit üzrə Səfiri vəzifəsinin bir hissəsi kimi təlim keçib.

Morqan Friman pilot lisenziyasını 65 yaşında olarkən alıb.

Hilari Suenk 2009-cu ildə “Amelia” filmində Amelia Erhart obrazını yaradıb. O, kino üçün bir neçə əsas təlim aldıqdan sonra ilhamlanaraq, lisenziyasını real olaraq qazanıb.

Ancelina Coli 2004-cü ildən uçur. Onun oğlu Meddoks balaca olanda təyyarələr onu heyrətə gətiribmiş. Ancelina bilirdi ki, uça bilsə, oğlu ona superqəhrəman kimi baxacaq.

Klint İstvud həm təyyarə, həm də helikopterlə uçmaq üçün lisenziya alıb. Deyilənə görə, o, nəqliyyatda tıxaclardan yayınmaq üçün çəkiliş yerlərinə uçmağa üstünlük verir. O, 1969-cu ildə helikopterlə çəkiliş yerinə çatdırılarkən uçmaqla maraqlanmağa başlayıb. Onun pilotu onu sınamaq üçün bəzən sükanı ələ keçirməyə icazə verir.

Müğənni Enrike İqlesias həvəskar pilotdur. Deyilənə görə, o, hətta lisenziyasını da almazdan əvvəl təyyarə almağa başlayıb.

Harison Ford uzun illərdir ki, uçmağı çox sevir. O, təyyarə və helikopterlərin lisenziyalı pilotudur. O, öz bacarıqlarını yerli yanğın və polis idarələrinin xilasetmə pilotu kimi könüllü olaraq göstərib.

Kurt Rassel uzun illərdir ki, təcrübəli pilotdur və “Wings of Hope” humanitar aviasiya təşkilatının Fəxri Şurasının üzvüdür.

Cimmi Baffet 20 ildən çoxdur ki, uçur. Suya enə bilən öz göl təyyarələrinin sahibidir.

Aktyor Dennis Kueyd lisenziyalı pilotdur və müntəzəm olaraq Cessna təyyarəsini Montanadakı mülkünə sürür.

Aktyor Çak Noris 1950-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrində xidmət edərkən pilot olub. O, bu gün də uçur.

ABŞ-ın keçmiş prezidenti Corc Buş Texas Milli Hava Qvardiyasının üzvü olarkən pilot lisenziyasını alıb.

Вaha çox Doktor Fil kimi tanınan amerikalı psixoloq, yazıçı və “Doktor Fil” televiziya verilişinin aparıcısı Fil Makqrav 1976-cı ildən özəl təyyarələrlə uçmaq üçün lisenziya alıb. Deyilənəgörə o psixoloji konsultasiyalar verməkdın daha çox uçur.

Van Halenin baş müğənnisi Devid Li Rot 2006-cı ildən helikopter pilot lisenziyasına malikdir.

Müğənni və aktyor Kris Kristoferson 1960-cı illərdə ABŞ hərbisində olarkən uçmaq üçün lisenziyasını alıb. Hətta bir müddət kommersiya pilotu kimi çalışıb.

Çempion qolfçu Fil Mickelson da abş donanmasında pilot olan atası kimi pilotdur. Öz şəxsi təyyarəsi ilə uçur.

Müğənnisi Alan Cekson şəxsi və çox mühərrikli təyyarələrin uçuşu üçün lisenziya alıb.

Lorenzo Lamas 80-ci illərdə Hollivud ulduzu olsa da, helikopter pilotu olmaq üçün bütün bunları geridə qoyub. Hazırda o, Kaliforniyaya helikopter turları təşkil edir.

Aktyor Maykl Dorn “Star Trek” franşizasinda Klingon Vorf rolu ilə məşhurdur. O da lisenziyalı pilotdur. Onun özünə məxsus olan “ulduz gəmisi” adlandırdığı Hərbi Hava Qüvvələri T-33 trenajor təyyarəsi var.

Brüs Dikinson lisenziyalı kommersiya pilotu, həmçinin əfsanəvi metal qrupu “Iron Maiden”in frontmenidir. O, hətta 2008-ci ildə dünya turu zamanı qrupun səyahət etdiyi təyyarəni idarə edib.