Qara Qarayevə həsr olunmuş film nümayiş olunacaq

Muğam Mərkəzində Beynəlxalq “Piano” festivalı çərçivəsində, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, görkəmli kinorejissor Oqtay Mir – Qasımın dahi bəstəkar Qara Qarayevə həsr etdiyi “Bu həqiqətin səsidir. “Qara Qarayev” sənədli filminin bərpa olunmuş nüsxəsinin nümayişi baş tutacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Bu həqiqətin səsidir. “Qara Qarayev” sənədli filminin nümayişi iyunun 18 – i saat 18:30 – da baş tutacaq.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək. Tədbirdə tanınmış kino və musiqi xadimləri, ziyalılar iştirak edəcək.

Daha sonra iştirakçılar üçün furşet veriləcək.

Leave a Reply