İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılır

Fondun gəlirləri və xərcləri bərabər olaraq 2,4% artırılır.

TIME Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Fondun gəlirləri və xərcləri bərabər olaraq 5 milyon manat (2,4 faiz) artırılmaqla 217,7 milyon manat təşkil edəcək.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5,5 milyon manat və ya 9,8 faiz çoxdur.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Leave a Reply