Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı avadanlıqların siyahısı genişləndirilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1535) ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər, səpələnən materiallar üçün, samanın tədarükü üçün digər maşınlar, taxılyığan kombaynlar, digər taxıl döyümü maşınları və ya mexanizmləri əlavə dəyər vergisindən azad olunur.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.