Bakı-Ağstafa-Bakı marşrutu üzrə yeni hərəkət qrafiki müəyyən edilib

03 iyul tarixindən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus sürətli “Stadler” sərnişin qatarları Bakı-Ağstafa-Bakı marşrutu üzrə yeni hərəkət qrafikinə uyğun olaraq hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qatar mənzilbaşına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də (əvvəlki qrafik 17:10) Bakıya yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün 16 manat, Bakı-Gəncə istiqaməti üçün isə 15 manat təşkil edir. Biletləri vağzalların kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

Leave a Reply