Vodafone və digər beynəlxalq səviyyəli operatorlar tədricən 2G və 3G stansiyalarının fəaliyyətini dayandırırlar.
TIME bildirir ki, “NAR”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət şöbəsinin direktoru Əziz Axundov sorğumuza cavab olaraq qeyd edib ki, Azərbaycanda bu istiqamətdə hər-hansı tədbirlər görülmür.
“Azərbaycanda bu gün hələdə çox sayda yalnız 2G və 3G texnologiyalarını dəstəkləyən mobil telefon istifadəçiləri mövcuddur və bu telekommunikasiya standartlarını dəstəkləyən qurğuların penetrasiya səviyyəsi yetərincə yüksəkdir. “NAR”, hər zaman olduğu kimi, abunələrinin maraqlarını nəzərə alaraq və onların qayğısına qalaraq bu istiqamətdə hazırda tədbirlər görmür və yaxın gələcəkdə nəzərdə tutmur. Gələcəkdə artıq buna ehtiyac duyularsa əlbəttə ki, tədbirlər görüləcək”, – deyə A. Axundov qeyd edib.
Qeyd edək ki, xarici mobil rabitə operatorları 2G və 3G şəbəkələrinin fəaliyyətini dayandırılması istiqamətində görülən tədbirləri ölkələrində telekommunikasiya sistemlərinin inkişafı və yeni mərhələyə keçid ilə əsaslandırırlar və bununla abunələri yeni qurğulara keçməyini stimullaşdırırlar.