SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza ödəniş sistemləri üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, SİMA yeni nəsil rəqəmsal imzanın növbəti tərəfdaşı Dövlət Gömrük Komitəsi oldu.
SİMA ilə elektron gömrük xidmətləri daha əlçatan oldu, fərdi sahibkarlar SİMA ilə “E-Customs” portalından:
- İdxal olunan məhsulları daha rahat bəyan edə
- Şəxsi hesab e-vərəqəsinə daha sürətli daxil ola bilərlər
Bunu üçün onlar göstərilən tətbiqi yükləməlidirlər: https://app.sima.az
Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.