Azərbaycanın qeyri-neft sektoruna investisiyalar I rübdə 51,7% artıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu bu gün iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgi çərçivəsində konfransda qeyd edib.
Nazir müavinin sözlərinə əsasən, son 20 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfə, ixrac isə 15,6% artıb.
“Azərbaycanın qeyri-neft ixracı 21,8% artıb, həmçinin əmtəə dövriyyəsi, xüsusən Azərbaycandan ixrac artıb. Məşğulluq, əmək haqları, sosial müavinətlər və pensiyalarda sürətlə artmaqdadır “, – deyə o bildirib.
S.Məmmədov qeyd edib ki, artımda Qarabağda və Naxçıvanda azad iqtisadi zonaların yaradılmasıda öz rolunu oynayıb.
“Qarabağda tikinti-yenidənqurma işləri görülür, sahibkarlar üçün müvafiq təşviqedici tədbirlər və güzəştlər mövcuddur. Hesab edirəm ki, bütün bu və gələcək işlər ölkəmizin iqtisadiyyatına investisiyaların artmasına imkan yaradacaq”, – deyə o qeyd edib.