Azərbaycanda Kiçik və Orta Sahibkarlıq subyektlərinin qeyri-neft ixracında payı 2022-ci ildəki 25%-dən 60%-ə yüksəlib.
TIME bildirir ki, bunu KOBİA sədri Orxan Məmmədov sərgi çərçivəsində keçirilən konfransda qeyd edib.
O. Məmmədovun sözlərinə əsasən, KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətə başladığı 2018-ci ildən ötən 4 il ərzində bu subyektlərin sayı 45 % artaraq 356 minə yaxınlaşıb.
“Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə qarşılıqlı əlaqə şəklində, onların ehtiyac və inkişaf meyllərini öyrənməklə müəyyən edirik. Bu məqsədlə, həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla mütəmadi sorğular keçirilir, sahibkarlardan daxil olan müraciətlər təhlil olunur, sahəvi görüşlər və dəyirmi masalar təşkil olunur”,-deuə o qeyd edib.
KOBİA sədrinin sözlərinə əsasən, yaxın zamanda artıq Bakıda fəaliyyət göstərən KOB evinin analoqları regionlarda açılacaq.
KOB inkişaf mərkəzlərində sahibkarlar odənişsiz master klasslarda, təlimlərdə iştirak imkanı təqdim edilir. Yerli şirkətlərə məhsullarını nümayiş etmək üçün müxtəlif mövzuda sərgilər keçirilir. Ötən dövr ərzində 1300-ə yaxın sahibkarlıq subyekti KOBİA-nın təşkil etdiyi sərgilərdə iştirak edib. Bu günədək işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində iştirak etmək üçün 1400 şirkətdən müraciət daxil olub, onların əksəriyyəti xarici şirkətlərdir. Bu o deməkdir ki, bu ərazilərdə tez bir zamanda yenidənqurma işləri başa çatacaq”