Daxili İşlər Nazirliyinə naməlum şəxsin “İnstagram” sosial şəbəkəsi üzərindən vətəndaşlara müxtəlif şirnikləndirici vədlər verərək dələduzluq etdiyi ilə bağlı şikayətlər daxil olub.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, faktlar üzrə polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-qanuni fəaliyyət göstərən, əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb.
Əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Rüfət Mustafayev son bir neçə ay ərazində “instagram” sosial şəbəkəsində “kredit evi”, “faize.pull2022” və digər adlarda səhifələr yaradaraq kredit verəcəyi, eləcə də Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək vətəndaşların 30 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Rüfət Mustafayev bəzi hallarda zərərçəkənlərin bank kartlarında olan məlumatları ələ keçirməklə hesablarda olan pul vəsaitlərini oğurlayıb.