Azərbaycanda son zamanlar zoonoz xəstəliklərin sayı 2,3 faiz azalıb, ölkəmizdə 2 milyon ekspertiza nəticəsində məlum olub ki, ölkədə istehsal olunan məhsullarda normalara uyğunsuzluq 0,5 faiz azalıb.
TIME bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda sərgi cərçivəsində keçirilən konfransda çıxış edərkən qeyd edib.
Sədrin sözlərinə əsasən, qida təhlükəsizliyi sahəsində beynəlxalq standartlarının tətbiqi ölkəmizdə istehsal olunan məhsullarının dünya bazarında rəqabətə davamlılığını artırıb.
Tədbirdə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox şirkət məhsul və xidmətləri təqdim olunacaq.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçirilir.
İyunun 10-dək davam edəcək tədbir çərçivəsində, həmçinin, “Böyük qayıdış – işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” və “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzularında panel müzakirələr təşkil oluncaq, ikitərəfli görüşlər keçiriləcək.