Pensiya və müavinatların ödəniləcəyi tarixlər açıqlanıb

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu iyun ayında pensiya və müavinatların ödəniləcəyi tarixləri açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

İyunun 14-də bölgələr üzrə əmək pensiyaları və xüsusi şərtlərlə əmək pensiyaları ödəniləcək.

Ünvanlı sosial yardımların 22 iyun tarixində ödənilməsi nəzərdə tutulub.

Leave a Reply