Kaxovskaya SES-də partlayış baş verib – VİDEO

Kaxovskaya SES-də partlayış baş verib, 11 aralıq dağılıb. Daşqın zonasında 80 yaşayış məntəqəsi var.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,Ukraynanın Prezidenti Volodimir Zelenski Twitter-də vəziyyətint nəzarətə götürüldüyünü qeyd edib.

“Bütün xidmətlər işləyir. Milli Təhlükəsizlik və Müdafiə Şurasını çağırmışam”, – deyə o qeyd edib.

Ukraynanın “Cənub” operativ komandanlığı bildirib ki, rus qoşunları Kaxovskaya su elektrik stansiyasının bəndini partladıb.

Ukrayna su elektrik stansiyalarını idarə edən şirkət bildirib ki, Kaxovskaya su elektrik stansiyasının içərisində turbin zalı partladılıb, buna görə stansiya tamamilə dağılıb və onu bərpa etmək mümkün deyil. Mixail Podolyak bildirib ki, Kaxovskaya SES Rusiya Silahlı Qüvvələrinin 205-ci motoatıcı briqadası tərəfindən partladılıb. Hələlik bu məlumatın təsdiqi yoxdur. Podolyak özü deyir ki, bu, ilkin məlumatdır.

Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, su 5 saat ərzində “kritik səviyyəyə” çatacaq. Vladimir Zelenski Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirir.

Baraj Xersondan Dnepr çayının yuxarı axınında Şimali Krım kanalının ağzının yaxınlığında yerləşir. Bəndin partlaması işğal olunmuş Krımın su təchizatına təsir göstərə bilər.

Kaxovskaya su elektrik stansiyasına və bəndə hücumlar dəfələrlə həyata keçirilib, bəndin dağıdılması 2022-ci ilin payızında proqnozlaşdırılıb. Noyabrın 12-də Kaxovskaya SES-in avtomobil körpüsünün partladılmasının videosu yayımlanıb. “The Insider”ə müsahibə verən ekspertlər qeyd ediblər ki, Ukrayna üçün bəndin dağıdılması heç bir hərbi məna kəsb etmir. Eyni zamanda, o zaman proqnozlaşdırılırdı ki, Rusiya Xersonun sağ sahil hissəsini tərk etmək məcburiyyətində qalacağı təqdirdə belə bir addım ata bilər və nəticədə bu baş verdi.

Leave a Reply