Azərbaycan üzgüçüləri Çexiyada on medal qazanıblar

Çexiyanın Praqa şəhərində keçirilən beynəlxalq turnirdə üzgüçülük üzrə milli komandamız 10 medal qazanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Olimpiya oyunlarına lisenziya xarakterli yarışda idmançılarımız Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 gümüş, Məryəm Şeyxəlizadəhangah 1 gümüş, Rəşad Alquliyev 1 gümüş qazanmaqla böyük uğura imza atıblar.

İyunun 5-də Azərbaycan milli komandası Vətənə qayıdıb. İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, ailə üzvləri qarşılayıblar.

Leave a Reply