Mərkəzi bank proqnozlarını, yeni xidmət və layihələr haqda məlumatlarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qurumun fəaliyyətində gözlənilən dəyişikliklər və atılacaq addımlar haqda geniş məlumat təqdim edib.

TIME Trend-ə istinadən bildirir ki, Azərbaycanda ÜDM 0,1 %, qeyri-net ÜDM məhsulu 3,7 % artıb. AMB-nin aprel ayının proqnozlarına görə 2023-cü ilin sonunda ÜDM artımı 1,8-2 % civarında olacağı qeyd edilib.

O bildirib ki, qeyri-neft ÜDM isə 5,7 %-ə çatacaq. “Bizi narahat edən inflyasiyadır. Aprelin inflyasiyası 12,8 % olub. Burada əsas ərzaq qiymətlərinin artımıdır. Aprelin proqnozlarına əsasən ilin sonunda illik inflyasiya 8,3 % olacaq. Yanvar ayının inflyasiya proqnozu 7,9 % olub.

Bu ilin aprel ayında ölkənin strateji valyuta ehtiyatları 12 % ataraq 66 milyard ABŞ dollarına çatıb. AMB-nin də ehtiyatları 2,2 % artaraq 9,2 milyard ABŞ dollarına çatıb. Kredit portfelimiz 20 milyard ABŞ dollarına çatıb. Depozit bazamız 5 % dən çox artıb. Kredit portfelinin keyfiyyəti 3,7 %-ə düşüb apreldə. Kredit portfelinin dollarizasiya səviyyəsi tarixi minimuma enib, yəni 9,9 %-ə”, – deyə o əlavə edib.

T. Kazımov onuda deyib ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 9.2 milyard dollara çatıb və Mərkəzi Bankın proqnozlarına görə, 2023-cü ilin sonuna ÜDM-də artım 1,8%-2% civarında olacaq. Qeyri-neft ÜDM-də artımın isə 5,7%-ə çatacağı proqnozlaşdırılır.

Mərkəzi Bank tərəfindən Milli Məclisə “Ödəniş sistemləri haqqında” qanun layihəsi təqdim olunacaq.

“Layihə yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Bank olmayan kredit təşkilatları da onlayn ödəniş sistemləri ilə məşğul ola biləcəklər”, – deyə o əlavə edib.

Bununla yanaşı, Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq. Bu məsələ “Mərkəzi Bank haqqında” qanuna dəyişiklikdə nəzərdə tutulur.

“Valyuta mübadilə məntəqələrinin fəaliyyəti müstəsna fəaliyyət kimi nəzərdə tutulur. İnstitusional valyuta mübadilə məntəqələri biznesi kimi bu iş nəzərdə tutulur. Yəni kiçik yox, institusional valyuta mübadilə şöbələri yaradılması planlaşdırılır”, – deyə o qeyd edib.

AMB sədri onuda qeyd edib ki, bankların bağlanmasını istəmədiyinə baxmayaraq, böyük problemi olan təşkilatlarda vaxtında işlər görülmədiyi və ya görülən işlərin faydası olmaığı təqdirdə onlar bağlanacaq.

“Banklar maliyyə sektoru iqtisadiyyatın real sektorunun mərkəzindədir. Orda olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək”, – deyə o əlavə edib.

T. Kazımov xarici bankların Azərbaycanda işləməsi üçün şərtləri haqa bəhs edərək qeyd edib ki, onlar tərəfindən əlavə istehlak kreditlərinin verilməsi o qədər də maraqlı deyil

“Bizim 24 bankımız istehlak kreditlərinin verilməsi sahəsində çalışır. Kiçik, orta sahibkarlığa dəstək, koorporativ, investisiya banklarının olması daha vacibdir”, – o bildirib.

T.Kazımov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici bankların investisiya bankı olması əhəmiyyətlidir. “Ölkəmizin maliyyə, makroiqtisadi sabitliyinə xələl gətirmədən, siyasi problemlər yaratmadan, xarici bankların, sığorta və investisiya şirkətlərinin Azərbaycanda fəaliyyətini müzakirə etməyə şad olarıq”, – deyə o əlavə edib.

Leave a Reply