Skuter icarəsi mobil tətbiqləri fəaliyyətlərini niyə dayandırırlar?

Bakıda skuter icarəsi mobil tətbiqləri fəaliyyətlərini müvəqqəti dayandırdığı barədə bildirişlər göndərir.

TIME Trend-ə istinadən bildirir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli, skuterləri idarə edənlərində digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıdığını və qaydaları pozduqlarını və buna görə cərimələndiklərini qeyd edib.

“Skuterlərdə mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti “Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub”, – deyə o qeyd edib.

Leave a Reply