Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra açıqlama ilə çıxış edib.
TIME bildirir ki, görüşün nəticələrini şərh edərək Ş. Mişel öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu vurğulayıb.
“Praqa və Brüsseldən sonra biz Ermənistan- Azərbaycan münasibətlərinin normallaşmasının bütün elementlərini müzakirə etməyə davam etdik. Öhdəlikləri yerinə yetirmək vacibdir.
Substantive discussion with @presidentaz and @NikolPashinyan, together with @EmmanuelMacron and @Bundeskanzler Olaf Scholz.
— Charles Michel (@CharlesMichel) June 1, 2023
After Prague and Brussels, we continued to discuss all elements of Arm-Az normalisation. Important to implement commitments. pic.twitter.com/4iN6oTDdFY
Avropa İttifaqı Şurasının rəhbəri iyulda və oktyabrda keçiriləcək görüşlərin anonsunuda verib.
“İyulun 21-də keçiriləcək növbəti Brüssel görüşünü də müzakirə etdik. Oktyabr ayında Qranada EPC sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Almaniya və Fransa liderləri ilə müzakirələrin davam etdirilməsi təklifini təkrarladı”, – deyə qeyd edib.