İyunun 01-də gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, iyunun 02-si saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuzdur. Cənub-şərq küləyi əsir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23° isti, aran rayonlarında 24-26° isti qeydə alınıb.
İyunun 02-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, lakin günün ikinci yarısından bəzi yerlərdə yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 03-ü gündüzədək davam edəcək.