Ötən həftə Moskvada keçirilən Azərbaycan, Rusiya, Ermənistan dövlət liderlərinin üçtərəfli görüşündə Nikol Paşinyanın Prezident İlham Əliyevə qarşı irəli sürdüyü ərazi iddiaları ilə bağlı ittihamlarından sonra bu mənzərəni görmək çox maraqlıdır.
TIME bildirir ki, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bu gün şəxsi Twitter hesabında ərazi iddiası olanın əslində kim oluğunu açıq aydın göstərib.
“Yerevan metrosunda “Böyük Ermənistan”ın xəritəsi indi daha da təkmilləşdirilib. İndi siz Ermənistanın qonşularına qarşı bütün ərazi iddialarını canlı izləyə bilərsiniz. Həqiqətən çox üzücü. Ermənistan öz sərhədləri daxilində yaşamağı nə qədər tez öyrənsə, bütün region üçün bir o qədər yaxşıdır. İrəvan metrosunda “Böyük Ermənistan” posteri bu ölkənin bütün qonşulara qarşı qaldırdığı iddiadır. Bölgəyə bu qədər qan tökən radikal maksimalistlərin və ekspansionistlərin fantaziyası. Ermənistanın 29.800 km²-ni qəbul etməsi nəhayət Qafqaza sülh gətirəcək”, – deyə səfir qeyd edib.
Ermənistan deyəsən “Böyük Ermənistan – dənizdən dənizədək” qədim ərazi iddiasından əl çəkmək istəmir.
The map of “Greater Armenia” in Yerevan metro has now been even upgraded. Now you can watch live all the territorial claims by Armenia🇦🇲 against its neighbors. Very sad indeed. The sooner 🇦🇲 learns to live within its own borders, the better for the whole region. https://t.co/AZLzmxsiXh pic.twitter.com/9AimJ9tf36
— Nasimi Aghayev🇦🇿 (@NasimiAghayev) June 2, 2023