“İnsan Hüquqları Aylığı” davam edir

Uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığa son deyək!” adlı maarifləndirmə kampaniyasının təşkili” layihəsinin icrasını davam etdirən “Ümman” Əlilliyi Olan Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən Odlar Yurdu Universitetində (OYU) maarifləndirici tədbir keçirilib.

Giriş nitqi ilə çıxış edən Birliyin sədr müavini prof Elşad Məmmədov iştirakçıları salamlayıb, belə bir aktual mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə QHT Agentlyinə, tədbirin keçirilməsi üçün yaradılan şəraitlə əlaqədar isə OYU-nun rektorluğuna təşəkkürünü bildirib.

Diqqətə çatdırılıb ki, Ombudsman tərəfindən mayın 18-dən iyunun 18-ə kimi ölkədə elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaqlara qarşı zorakılığa birlikdə son deyək!” devzi altında keçirilən tədbirin əsas məqsədi cəmiyyətdə bu məsələ ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına nail olmaqla belə neqativ halların qarısının alınmasına töhfə verməkdir.

Daha sonra tədbirə ekspert qismində dəvət olunmuş məişət zorakılığından zərər çəkmiş uşaqlarla sosial iş üzrə mütəxəssis Gülnaz Məmmədli, həmçinin uşaq hüquqları üzrə ekspert, hüquqşünas Fariz Əkbərov tərəfindən maraqlı təqdimatlar nümayiş etdirilib.

Məişət zorakılığının, o cümlədən uşaqlara qarşı törədilən zorakılığın anlayışı, növləri, baş vermə səbəbləri, onun daha çox ehtimalı olunduğu yerlər, qarşısının alınması yolları, risk qrupları, uşaq qaynar xətt xidmətləri, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan və digər uşaqların hüquqlarının qorunması, nikah yaşı, ekrən evlilik problemləri, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, qısa və uzun müddətli mühafizə orderinin verilməsi, uşaqların hüquq və mənafelərinin müdafiəsi sahəsində valideynlərin hüquq və vəzifələri, habelə digər məsələlər barədə məlumatlar həmin təqdimatlarda öz əksini tapıb.

Tədbir diskusiya şəraitində başa çatıb və layihə çərçivəsində hazırlanaraq çap etdirilmiş buklet iştirakçılara təqdim olunub.

Leave a Reply