Azərbaycan və İsrail prezidentlərinin təkbətək və geniş tərkibli görüşləri olub

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycanda rəsmi səfərdədir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun təkbətək və geniş tərkibdə görüşləri keçirilib.

Qeyd edək ki, Azərbaycana rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşılayıblar.

Leave a Reply