Tetanus nədir və ondan necə qorunmaq olar?

Tetanus bakteriyanın ifraz etdiyi toksinlə (zəhərli maddə) törədilən, ağrılı əzələ spazmı ilə müşahidə olunan və ölümə səbəb ola bilən xəstəlikdir. Tetanus xüsusilə uşaqlar üçün təhlükəlidir.

TIME TƏBİB-ə istinadən bildirir ki, tetanusdan sağalma müddəti bəzən aylarla çəkə bilər. Xəstəliyin profilaktikası üçün göyöskürək, tetanus və difteriyadan qoruyan GDT peyvəndi istifadə edilir.

Tetanus adətən aşağıda göstərilən ağırlaşmalara səbəb olur:

– Qırtlaq spazmı,

– Sümüklərin sınması,

– Ağciyər trombozu,

– Pnevmoniya,

– Nəfəsalmada çətinlik,

– Ölüm.

Tetanusun əsas əlamətləri çənə spazmı və bütün bədən əzələlərinin ağrılı spazmı, qəfil baş verən ağrılı əzələ yığılması, udqunma problemi, qıcolmalar, başağrısı, qızdırma, tərləmə, qan təzyiqi və ürək ritminin pozulması.

Qeyd edək ki, tetanus insandan insana keçmir. Tetanus bakteriyaları, əsasən, torpaqda, tozda, peyində olur və insanın zəhərlənmiş dərisi ilə (donma, heyvan dişləməsi nəticəsində yaranan kəsiklər, yaralar, yanıqlar) təmasda olduqda ötürülür.

Leave a ReplyCancel reply