Narkoloji dispanserdə arayış satışı ilə bağlı prokurorluq araşdırmaya başlanılıb – VİDEO

Narkoloji Dispanserdə heç bir testdən keçmədən rüşvətlə arayış alındığı barədə məlumatlar yayılıb.

Baku TV gizli çəkiliş vasitəsilə məsələni araşdırmağa çalışıb. Məlum olub ki, Dispanserə 10 manat ödəniş etməklə təxminən 5 dəqiqə ərzində arayış əldə etmək mümkündür. Narkoloji Dispanserin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz. Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o arayış üçün pul istədiyini inkar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhər Narkoloji Dispanserdə baş verən qanunsuzluqlara dair sosisal şəbəkə və mediada yayılan videogörüntü üzrə hazırda araşdırma aparılır.

Araşdırma zamanı bütün xüsusatlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla hadisəyə hüquqi qiymətin verilməsi və müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Leave a Reply