Göygöldə iki nəfəri sel aparıb

Regionlarda güclü külək və yagış olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 25-i saat 19:00-a olan məlumatına əsasən Naxçıvan, Ağstafada şimşək çaxıb, Culfa, Sabirabad, Cəfərxan, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Salyan, Neftçala, Lənkəran, Astara, Yardımlı, Lerikdə arabir yağış yağıb.Külək: Cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Naxçıvanda 18 m/s-dək güclənib.

Göygöl rayonunda sel iki nəfəri aparıb. Sel axınına düşərək həlak olan şəxslərin videogörüntüləri yayılıb.

1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşüb.

Səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxarıb müvafiq ekspertizaya təqdim ediblər. Araşdırmalar davam etdirilir.

Leave a Reply