Prezident İlham Əliyev Nikol Paşinyanın növbəti dezinformasiya yaymaq cəhdinin qarşısını aldı – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dezinformasiya yaymaq cəhdinin qarşısını alıb.

TIME bildirir ki, N. Paşinyan Laçın dəhlizinin Azərbaycan tərəfinin güya bağlanıldığı və Ermənistana qarşı ərazi iddiaları irəli sürdüyü ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar səsləndirib.

Azərbaycan Prezidenti N. Paşinyanın səsləndirdiyi ittihamların əsassız olduğunu qeyd edib və bildirib ki, hazırda Laçın-Xankəndi yolunun hazırda açıq olduğunu və Azərbaycan Ermənistan arasında sərhəd buraxılış məntəqəsi üzərindən erməni əsilli Azərbaycan vətəndaşları və Qırmızı Xaç təşkilatının maşınları Ermənistan istiqamətində azad hərəkət edir və ölkəmizin öz ərazisində Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etməsinin leqitim bir qərar olduğunu diqqətə çatdırıb. Prezident onuda qeyd edib ki, Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması ilə bağlı təşəbbüsü Rusiya və digər aidiyyatı olan ölkələr tərəfindən müsbət qarşılanaraq dəstəklənir və regionaı səviyyədə böyük əhəmiyyət kəsb edir.

Leave a Reply