Azərbaycanda pandeniya sonrası hansı tədbirlər görüləcək?

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan etdiyini vurğulayan nazir, pandemiya dövründə ÜST-nin Azərbaycanla səmərəli əməkdaşlığa və qurumun verdiyi dəstəyə görə Tedros Adhanom Qebreyesusa təşəkkürünü ifadə edib.

Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. Xüsusən pandemiya dövründə ölkəmizin Təşkilata etdiyi humanitar yardımları, eyni zamanda xəstəliyin aradan qaldırılması məqsədilə ölkələri birgə əməkdaşlığa səsləyən qlobal çağırışları xatırladıb.

Həmçinin Azərbaycanın malyariyadan azad ölkə elan edilməsi münasibətilə təbriklərini çatdırdı və bu təcrübənin digər ölkələr üçün də bir nümunə olduğunu bildirdi.Sonda tərəflər arasında səhiyyə böhranlarına hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, ilkin səhiyyə xidmətlərində beynəlxalq səviyyədə təsdiq olunmuş rəqəmsal həllərin tətbiqinin vacibliyi, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Leave a Reply