Kosmik hava proqnozu: Yaxın günlərdə magnit qasırğası gözlənilir

Mayın 20-dən etibarən geomaqnit qasırğa başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 7.26 nT,  radial istiqamətdə isə 0.17 nT təşkil edir.

Qasırğa G2 (orta) səviyyəsinə kimi yüksəlib və 24 may tarixinə kimi davam edəcəyi gözlənilir.  Hazırda geomaqnit sahəsinin aktivliyi  5+ Kp-dir.

Kosmik hava proqnozuna əsasən  22-29 may tarixlərində müxtəlif siniflərdə alışmalar baş verəcək.

22-24 may tarixində S1 səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı var.

Bununla yanaşı, Günəş küləyinin sürətinin yuxarı səviyyədə qalacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin aktiv olacağı, 24 may tarixinə kimi maqnit qasırğasının davam edəcəyi gözlənilir. Qeyd olunan tarixdən etibarən geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.

Leave a ReplyCancel reply