“Forsaj” franşizasının onuncu və final hissəsinin misilsiz küçə yarışçısı Dominik Toretto və komandası haqqında bəhs edən filmin premyeradan öncə nümayişi baş tutub.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, həmişə olduğu kimi, bizi dəbdəbəli avtomobillər, yüksək sürət və inanılmaz dərəcədə təhlükəli sərgüzəştlər gözləyir.
Nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların
sahibkarları dəvət olunub.
Qonaqlar üçün maraqlı sürpriz hazırlanıb. Onlar özlərini filmin qəhrəmanları
obrazında sınayıb, oyun simulyatorlarına minib avtomobilin sürətini hiss ediblər.
Parlaq işıq effektləri və kinoteatrın dekorasiyası gecə yarışı atmosferi yaradıb.
Nümayişdən sonra qonaqlar filmi müzakirə etdilər.
Heyrətamiz çəkiliş və inanılmaz dərəcədə realist xüsusi effektlər, gözlənilməz süjet keçidləri və həmişə olduğu kimi əla aktyor heyəti – Vin Dizel, Ceyson Momoa, Mişel Rodriqes, Şarliz Teron və s. hamını heyran edib. Filmin rejissoru Lui Leteryedir.
Mayın 18-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən blokbasterlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir.
Həmçinin, “Forsaj 10” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə təchiz edilmiş “CinemaPlus” kinoteatrında baxmaq olar.