Ermənistan əsir Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazır olduğunu bildirib

İki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazırıq.

TIME Trend-ə istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Leave a Reply