Azərbaycanda “Dayanıqlı İnkişafa dair ikinci Bakı Forumu”nun keçiriləcəyi gözlənilir

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərə (DİM) investisiyanın cəlb edilməsinə dair DİM İnvestisiya Xəritəsi layihəsi hazırlanır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu layihə çərçivəsində 2023-cü ilin noyabr ayında Bakıda DİM-lərin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi üçün BMT-nin İnkişaf Proqramı ilə birgə “Dayanıqlı İnkişafa dair ikinci Bakı Forumu”nun keçiriləcəyi nəzərdə tutulur.

Həyata keçirilən layihələr “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi” çərçivəsində reallaşdırılır.

Dayanıqlı inkişafın təmin olunmasında keyfiyyətli təhsilin rolu, gənclərin qlobal məqsədlərin uğurlu icrası istiqamətində bilik və bacarıqlara yiyələnmək böyük əhəmiyyət kəsb edir.

Leave a Reply