Bir çox insan fırıldaqçıların adi istifadəçilərlə maraqlanmadığına inanır. Bəlkə də onların
belə istifadəçilərə həqiqətən də ehtiyacı yoxdur, amma şəxsi məlumatlar çox vacibdir. Şəxsi məlumatlar bu gün qızıl kimi dəyərlidir və onu bir qızıl xəzinəsi kimi diqqətlə qorumaq lazımdır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Kaspersky şirkəti təcavüzkarların şəxsi məlumatlarınızı necə oğurlaya biləcəyi və bunun qarşısını almağın üsulları haqqında tövsiyələri ilə bölüşüb.
Məlumatlar necə oğurlayırlar?
1.Troyan oğrular (stealer). Cihazınıza daxil olan bu səssiz casuslar adətən heç bir mövcudluq və fəaliyyət əlamət göstərmirlər. Axı, onlar nə qədər çox diqqətdən kənarda
qalsalar, sizdən oğurlanmış məlumatları, məsələn, bank tətbiqlərinə və ya oyun xidmətlərinə daxil olmaq üçün şifrələri təcavüzkarlara biq o qədər rahat şəkildə ötürə biləcəklər.
Troyan başqa istifadəçi tərəfindən göndərilən, vebsaytdan endirilən və ya bəzi xarici
media daşıyıcısından götürülən zərərli faylı açdıqdan sonra kompüterinizdə və ya
smartfonunuzda görünə bilər. Potensial olaraq, internetdən götürülən istənilən icra edilə
bilən fayl tələ ola bilər.
Necə qorunmaq olar? Bu cür sızmalarla mübarizə aparmaq üçün casus proqram
troyanlarını aşkarlaya və bloklaya bilən təhlükəsizlik həlli quraşdırmaq tövsiyə olunur.
Yeni Kaspersky xəttinin istənilən səviyyəsindən istifadə edirsinizsə – Standard, Plus və
ya Premium – sizdə artıq belə alətlər var:
- Fayl Antivirusu cihazınız və ona qoşulmuş media daşıyıcısındakı məzmununu skan edir və zərərli faylları aşkarlayır;
- Poçt Antivirusu poçt müştərisindəki təhlükəli qoşmaları və linkləri bloklayır.
2. İctimai WiFi. Şifrələnməmiş və ya köhnə WEP protokolu ilə qorunan Wi-Fi şəbəkəsindən istifadə etsəniz, təcavüzkarlar şəbəkə üzərindən göndərilən məlumatları (şifrələr daxil olmaqla) ələ keçirə bilər. Oğurluğun başqa bir variantı hakerin mövcud Wi- Fi şəbəkəsinin adına oxşar addan istifadə edərək açıq Wi-Fi giriş nöqtəsi yaratmasıdır (onu adətən yaxınlıqdakı kafe, otel və ya biznes mərkəzinin adı ilə adlandırırlar). Fərqi görməyən istifadəçilər saxta Wi-Fi-yə qoşulurlar və onların bütün internet trafiki təcavüzkarın nəzarəti altına keçir.
Necə qorunmaq olar? Şəbəkə adlarını diqqətlə yoxlamaq, şübhəli giriş nöqtələrindən
uzaq durmaq və cihazlarınızın simsiz şəbəkələrə avtomatik qoşulmasına icazə
verməməklə bu sızmaların qarşısını ala bilərsiniz.
3.Fişinq. Fişinq e-poçtları sizi aldatmaq məqsədi daşıyır ki, saxta sayta daxil ola və
şəxsi mlumatlarınızı oraya daxil edəsiniz. Bu, bank hesabınızın bloklandığı barədə
mesaj və ya onlayn kinoteatrlara abunəlik təklifi ola bilər.
Necə qorunmaq olar? Sizə göndərilən internet ünvanlarına diqqət yetirin: bəzi saxta
sayt adları ünvanda əlavə hərf, qoşa domen adı və s. ilə fərqləndirə bilərsiniz. Ancaq bu
həmişə kömək etmir. Müasir təcavüzkarlar saxtakarlıqlarını gizlətməyi yaxşı öyrəniblər.
Burada fişinq hücumlarını tanıya və onlar haqqında xəbərdarlıq edə bilən təhlükəsizlik
həllinin köməyi ilə özünü slğortalamaq daha yaxşı olar.
4.Brauzer vasitəsilə hücumlar. Çox vaxt şifrələr brauzer zəiflikləri və ya brauzer
uzantıları vasitəsilə oğurlanır. Birinci halda, veb-səhifədə xüsusi hazırlanmış zərərli kod
sizə qarşı casus yerləşdirməyə imkan verir. İkinci halda, siz özünüz faydalı deyə təqdim
olunan bir brauzer qoşması və ya uzantısı vasitəsilə bir casus skripti quraşdırırsınız.
Bundan sonra, məsələn, hər hansı bir bank saytına daxil olduğunuz zaman bu skript
trafiki haker proksi serveri vasitəsilə yönləndirir və bununla da şəxsi məlumatlarınızı
onun ”ovcuna qoyur”.
Necə qorunmaq olar? Kaspersky Plus və Premium versiyalarında bu cür hücumlara
qarşı müdafiə Təhlükəsiz ödənişlər xidməti tərəfindən təmin edilir. Onlayn mağazaların
və ya bankların saytlarını ziyarət etdikdə və ya onlayn ödəniş sistemlərindən istifadə
etdikdə avtomatik olaraq Qorunan Brauzer rejimini işə salır.
5.Harda gəldi şifrə daxil edilməsi. Bir çox insanlar hələ də şifrələri stikerlərə və digər
kağız parçalarına yazır və kağız parçalarını kənar adamın asanlıqla görə biləcəyi
yerlərə qoyurlar. Kompüterinizdə və ya smartfonunuzda etibarlı olmayan mətn
fayllarında şifrə yazmaq da eyni dərəcədə təhlükəlidir və daha çox, avtomatik daxil etmə
üçün şifrələri brauzerdə saxlaya bilməzsiniz.
Necə qorunmaq olar? Güclü şifrələmə ilə qorunan şifrə saxlanma bazası köməyinizə
çatacaq. Bütün login və şifrələrinizi belə buraya əlavə edə bilərsiniz ki, sonrasında təkcə
saxlanma bazasının şifrəsini daxil etməyiniz kifayət edir. Kaspersky Plus və Premium
tariflərində belə təhlükəsiz saxlanma bazası rolunu Kaspersky Password Manager
proqramı yerinə yetirir
6.Xarici sızmalar. Yuxarıda deyilənlərin hamısı sizin tərəfinizdəki şifrənin itirilməsi ilə
bağlıdır. Ancaq istifadə etdiyimiz uzaq İnternet xidmətlərində tez-tez sızmalar baş verir.
Bu, onlayn mağaza, sosial şəbəkə, kriptovalyuta və giriş zamanı autentifikasiyadan
istifadə edilən hər hansı digər resurs ola bilər. Belə bir saytın sındırılması nəticəsində
hakerlər şifrələr və digər şəxsi məlumatlarla birlikdə böyük istifadəçi bazası əldə edə
bilirlər.
Necə qorunmaq olar? Kaspersky Plus və Premium etibar edə biləcəyiniz sızma
yoxlanılması xidmətinə malikdir. O, “Məxfilik” bölməsində yerləşir və Məlumat Sızması
Axtarışı adlanır. E-poçtunuzu daxil etməklə siz onun və ona bağlı məlumatların bəzi
oğurlanmış məlumatlar bazasında, o cümlədən qaranlıq internetdə “səhnə alıb-
almadığını” yoxlaya bilərsiniz. Telefon nömrəsi ilə əlaqəli hesablarda məlumat
sızmasının yoxlanılması 2023-cü ilin may ayından etibarən Kaspersky Premium tarif
planının bütün istifadəçiləri üçün əlçatan olacaq.