Məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydalarında dəyişikliklər edilib

Azərbaycan Respublikası Nazirlər Kabineti “Məhkum edilmiş və ya barəsində qətimkan
tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişikliklərin edilməsi haqda qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qaydaların 6.7.3-cü yarımbəndə edilən dəyişikliyə əsasən elektron qolbağın açılması və ya ərazi məhdudiyyətinin pozulması
halları mövcud olduqda, bununla bağlı dərhal məsul icra məmuruna (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsinə məlumat veriləcək.

Qaydalara tətbiq edilən digər dəyişikliyə əsasən 8.2-ci bənd aşağıdakı redaksiyada verilir:
“Aşağıdakı hallarda elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərindən icra məmurunun (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsinin əsaslandırılmış qərarı ilə müvəqqəti çıxarılır:

  • tibb müəssisəsinin rəyinə əsasən nəzarət subyektinə tibbi yardım göstərilməsi zərurəti olduqda;
  • barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə;
  • barəsində həbs növündə qətimkan tədbiri seçildikdə;
  • nəzarət subyekti alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə

Dəyişiklərə əsasən subyektin həbs və ya müalicə dövrü bitdikdən sonra elektron nəzarət vasitəsi şəxsə yenidən tətbiq olunur.

Leave a ReplyCancel reply