İstirahət günlərində milli parklarda hava necə olacaq?

Milli Hidrometereologiya Xidməti qarşıdan gələn istirahət günlərində milli parklarda gözlənilən hava şəraiti ilə bağlı proqnoz verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, milli parklarda regiondan asılı olaraq gündüz havanın temperaturu 12-24 dərəcə, gecə isə 4-13 dərəcə arasında isti olacaq.

Samur–Yalama milli parkı

İstirahət günlərində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 °isti, gündüz 13-16° isti olacaq.

Altıağac milli parkı

Havanın əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.

Ağgöl milli parkı

Hava sabit, əsasən yağmursuz keçəcək. Lakin 21-də gecə və səhər arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-24° isti olacaq.

Qızılağac milli parkı

Hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.

Göygöl milli parkı

Fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

Şirvan milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-də gecə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 22-24° isti olacaq.

Hirkan milli parkı

Hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.

Leave a Reply