Təxminən 30 il sonra Beynəlxalq Valyuta Fondunun (BVF) Bakı ofisini bağlamaq barədə qərarımız Azərbaycan iqtisadiyyatının yüksək göstəriciləri və ölkədə böyük həcmdə maliyyə ehtiyatlarının mövcud olması ilə bağlıdır.
TIME Trend-ə istinadən bilirir ki, BVF-in Bakı ofisi Azərbaycanla hər hansı kredit sazişin imzalanmasını proqnozlaşdırılmadığını bildirib.
“BVF yaxın gələcəkdə Azərbaycanla hər hansı kredit sazişin imzalanmasını proqnozlaşdırmır ki, adətən ölkədə ofisin saxlanılma səbəbi bu olur. Üstəlik, BVF-in Azərbaycanla sıx qarşılıqlı fəaliyyəti o cümlədən iqtisadi və maliyyə siyasətini müzakirə etmək və sorğu əsasında texniki dəstək göstərmək məqsədilə mütəmadi səfərlər vasitəsilə davam edəcək”, – deyə maliyyə institutundan bildiriblər.
Qeyd edək ki, Azərbaycan 18 sentyabr 1992-ci ildən BVF-in üzvüdür. 1993-2009-cu illər ərzində BVF-in Azərbaycanda nümayəndəliyi olub.
Bundan sonra maliyyə institutu Azərbaycanda fəaliyyətini daha aşağı statusla yerli koordinator vasitəsilə davam etdirib. 2005-ci ildən başlayaraq BVF ilə əməkdaşlıq konsultasiyalar səviyyəsində həyata keçirilir, belə ki, Azərbaycan hökuməti fonddan kredit almaqdan imtina edib.