Azərbaycanda son illərdə Milli Məclisə deputat seçkilərində qadın namizədlərin sayı 4%-dən 40%-dək artıb.
TIME bildirir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən “SHE Congress” mövzusunda konfransda deyib.
Komitə sədri onuda qeyd edib ki, qadın rəhbər tərəfindən idarə edilən qeyri-hökumət təşkilatlarının sayında da ilbəil artım müşahidə olunur.
“Azərbaycanda biznesin demək olar ki, bütün sahələrində qadın rəhbərlərin sayının ilbəil artması sevindirici haldır. Azərbaycan qadınları sahibkarlığın qurulmasının yeni növ və formatlarını yaradır və rəqabətin yeni ekosistemini formalaşdırırlar”, – deyə o qeyd edib.