Bakıda “GSMA Mobile 360 Eurasiya: Gələcək rifah üçün rəqəmsal dayanıqlıq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə çıxışında deyib ki, ölkədə mobil rabitənin inkişafı üçün dayanıqlı infrastruktur yaratmaq, savadlı mütəxəssislər, həmçinin kibertəhlükəsizlik mexanizmləri lazımdır.
“Dünyada hər 10 nəfərdən 4-ü mobil internet istifadəçisi deyil. Biz Azərbaycanda genişzolaqlı şəbəkə infrastrukturuna investisiya qoymağa davam edirik və 2024-cü ilədək bütün ölkəni internetlə əhatə edəcəyik. Həmçinin Mərkəzi Asiyadan interneti Avropa ilə birləşdirəcək layihə üzərində işləyirik”
Nazir Azərbaycanda kibertəhlükəsizlik üzrə kadrların təliminə ehtiyac olduğunu və İsraillə tərəfdaşlıq çərçivəsində bu istiqamətdə işlərin aparıldığını bildirib.
“Azəraycanda tezliklərin yetərsiz sayda olduğu və düzgün istifadə olunmadığı aşkarlanıb. Biz bu gün bur problemi aradan qaldırdıq və sektor sürətlə inkişaf etməkdədir. Bu sektoru tənzimləyə, investisiyalar qoymağa və zamanla ayaqlaşmağa davam edəcəyik”, – deyə o əlavə edib.
Tədbirdə çıxış edən “McKinsey & Company” şirkətinin baş tərəfdaşı Rolando Balsinde Xəzər dənizində fiber-optik kabell magistralının tikintisi nəticəsində Azərbaycanın ərazisinin tam olaraq yüksəksürətli internetlə təmin ediləcəyi gözlənilir.

Bununla yanaşı, o qeyd edib ki, rəqəmsal transformasiya nəticəsində təkcə “McKinsey & Company” 40% işçiləri yerlərini dəyişməli və yeni bilik və bacarıqlara yiyələnməli olacaqlar.
“Dünya əhalisinin 46% rəqəmalsal biliklərin olmamasından əziyyət çəkəcək. Biz düşünürük qarşıdan gələn illərdə bacarıqlı kibertəhlükəsizlik kadrları hazırlayamaq prioritet məsələ olacaq. Eyni zamanda biz Azərbaycanın regionlarında internet sürətinin artırılması üzərində çalışırıq və 5G tezliklərinin düzgün istifadəsinin vacib olduğunu hesab edirik. Hazırda artıq “Azercell” bu şəbəkəni qurur, digər operatorlarda üzərlərinə düşən işləri həyata keçirəcəklər. Düşünürük bu texnologiya fəsadlar yaratmayacaq və inkişaf üçün münbit şərait yaradılacaq”, – deyə o qeyd edib.
Sonra tədbirdə “Azercell Telekom” şirkətinin rəhbəri Zərinə Zeynalova çıxış etdi, o şirkətin önündə hazırda ilk öncə rəqəmsal sənayenin inkişafına münbit rəqəmsal şəraitin yaradılması durduğunu qeyd edib.
“Bu sahədə kibertəhlükəsizliyin təmin edilməsi əsas mesələrdən biridir. Rəqəmsal transformasiya layihəsi çərçivəsində ilk növbədə müvafiq infrastruktur, yüksək kvalifikasiyalı kadrlar və ekosistem və 4G şəbəkəsinin buraxıliş imkanlarının artırılmasi nəzərdə tutulur. Biz artıq 600 baza stansiya qurmuşuq, növbəti mərhələdə 750 baza stansiya quraşdırılacaq. Bu stansiyaların Qarabağda quraşdırılması nəzərdə tutulur, onlar 2030-cu ilədək quraşdırılacaq. Eyni zamanda biz kibertəhdidlerin qarşı sərt tədbirlərin görülməsini nəzərdə tuturuq”,- deyə o qeyd edib.
Z. Zeynalovanın sözlərinə əsasən,
rəqəmsal transformasiya 70 mln yeni iş yerləri yaradacaq və eyni zamanda 3 mln işçi süni intellektin tətbiqi nəticəsində yeni biliklərə yiyələnməli olacaqlar.
“Azercell rəqəmsal dayanıqlığının təmin edilməsi ölkənin inkişafının, dayanıqlı biznesin qurulmasını təşviq edəcək”,- deyə o çıxışını yekunlaşdırıb.