Mərkəzi Bankın “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edilib

 Azərbaycanda fəaliyyət göstərən banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri özündə ehtiva edən Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası 2022-ci il 1 aprel tarixindən qüvvəyə minib. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə Mərkəzi Bank tərəfindən 2023-2026-cı illər üzrə Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası (Strategiya) hazırlanaraq təsdiqlənib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu Strategiyanın vizyonu maliyyə sabitliyinin təmin edilməsi məqsədilə artan kibertəhdidlər fonunda ölkənin maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsidir. Odur ki, Strategiya özündə beş strateji prioritet üzrə fəaliyyəti əhatə edərək maliyyə bazarlarında dayanıqlı kibertəhlükəsizlik mühitinin formalaşdırılmasını hədəfləyib:

  • Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tənzimləmə və nəzarət çərçivəsinin gücləndirilməsi;
  • Maliyyə bazarlarında kiber risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi;
  • Maliyyə bazarlarında kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə informasiya texnologiyalarının idarəetmə çərçivəsinin formalaşdırılması;
  • Maliyyə bazarlarında kiber dayanıqlığın gücləndirilməsi;
  • Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması.

Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də kiber dayanıqlığın gücləndirilməsi istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

Leave a Reply