“Total Energies” şirkəti ölkəmizlə mövcud əməkdaşlığı genişləndirmək niyyətindədir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz ilə görüşüb.
Görüşdə SOCAR-la “Total Energies” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi, bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.