Vergi daxilolmaları 52,4% artıb

2023-cü ilin yanvar-aprel ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 672,2 milyon manat vergi daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52,4 faiz artıb.

Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% artaraq 4 mlrd. 3,4 mln. manat olub.

Leave a ReplyCancel reply