Kiberdələduzlar iTicket.az adından saxta veb-səhifələr yaradaraq vətəndaşların bank və digər fərdi məlumatlarını ələ keçirirlər.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, şübhəli veb-saytlarda hər hansı fərdi məlumatlarını daxil etmədən öncə brauzerin ünvan xanasındakı internet ünvanına nəzər yetirərək qurumun və ya şirkətin rəsmi veb-saytı olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edir.