“Sağlamlığa Xidmət” İctimai birliyinin icraçı direktoru Pərvanə Vəliyeva 8-9 may tarixlərində ABŞ-ın Nyu York şəhərində yerləşən BMT-in Baş Qərargahında Baş Assambleyanın vərəmlə bağlı və Universal Tibbi Təminatla bağlı dinləmələrində iştirak edib, öz fikirlərini bildirib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, 22 sentyabr tarixində BMT-in Mənzil Qərargahında Baş Assambleyanın Vərəmlə bağlı Yüksək Səviyyəli görüşü keçiriləcək və BMT-ə üzv olan ölkələrin liderləri 2030-cu ilədək vərəmə son qoymaq üçün hazırlanacaq siyasi bəyannaməyə imza ataraq vərəmlə bağlı öhdəliklər götürəcəklər. Bəyannamə qəbul olmadan öncə BMT çox sayda ölkədən vərəmlə mübarizədə maraqlı tərəflərin dinləmələrdə iştirakını təmin edib.
P.Vəliyeva Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası na üzv olan Vətəndaş Cəmiyyəti təşkilatlarını və vərəmin təsirinə məruz qalan icma nümayəndələrini mötəbər iclasda təmsil edib.
Vərəmlə mübarizə aparan vətəndaş cəmiyyəti təşkilatlarının siyasi bəyannamədən gözləntiləri 2030-cu ilədək ən son beynəlxalq protokollara əsasən vərəmlə xəstə bütün insanlara profilaktika, diaqnostika, müalicə və qayğının təmin edilməsi, bütün milli vərəm proqramlarının bərabər, inkluziv, genderə-həssas, hüquqa-əsaslanan və insan mərkəzli olması, yeni vərəm vaksinin hazırlanması və rəqəmsal səhiyyə texnologiyalarının inkişafı üçün vərəmlə bağlı tədqiqatlara investisiya qoyuluşlarının artırılması, vərəmin bütün səhiyyə sistemlərində prioritetlərdirilməsidir.