SHE Congress beşinci dəfə Bakıda keçiriləcək

Regionun qadın liderliyinə həsr edilən ən böyük tədbirlərindən biri olan SHE Congress 17 may 2023-cü il tarixində Bakıda baş tutacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2017-ci ildə fəaliyyətə başladığı ilk gündən SHE (Smart, Happy, Equal) Congress-in missiyası qadınların şəxsi və peşəkar inkişaflarına dəstək olmaq, həmçinin həyatın bütün sahələrində gender bərabərliyini təşviq etmək olub. Şəbəkələşmək, öyrənmək və təcrübə mübadiləsi üçün unikal platforma təqdim etməklə, SHE Congress Azərbaycanda və regionda qadın liderliyi sahəsində aparıcı qüvvəyə çevilib.

Qadınlar üçün hüquq və imkanların artırılmasına yönəlmiş məqsədyönlü sistemli dəstəyi ilə SHE Congress 5 nömrəli Dayanıqlı İnkişaf Məqsədinin (Sustainable Development Goals) –
gender bərabərliyinin və bu siyahıya daxil edilən digər məqsədlərin əldə edilməsinə mühüm
töhfə verir və dünyanın daha ədalətli və dayanıqlı olmasına kömək edir.

Builki tədbir “ÖZ HƏYATINA SAHİB OL” (“OWN YOUR LIFE”) şüarı altında baş tutacaq. Qadınları öz potensiallarını tam reallaşdırmağa həvəsləndirmək üçün nəzərdə tutulmuş intensiv tədbir proqramına müxtəlif ölkələrdən və sahələrdən dəvət olunmuş görkəmli
spikerlərin təqdimatları, panel müzakirələri və ən əsası, qarşılıqlı ünsiyyət daxildir. SHE
Congress hər zaman qadınlara təhsil almağa, bizneslərini inkişaf etdirməyə, karyeralarını
yüksəltməyə və şəxsi balanslarını tapmağa kömək edən ideyalar, alətlər və resurslar
məcmusu kimi çıxış edib.

SHE Konqresinin təsisçisi, sahibkar Tatyana Mikayılova qeyd edir: 11 ildən artıqdır ki, məşğul olduğum qadın liderliyinin inkişafı proqramlarında əsas ideya qadının seçim
hüququ olması mövsuzuna köklənir. Bu istənilən sahəyə aiddir. Məhz Azərbaycan 1917-ci
ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Qadınların
həyatın bütün sahələrində tam şəkildə iştirakı təkcə sosial ədalət məsələsi deyil, həm də
ölkənin və regionun iqtisadi yüksəlişi və davamlı inkişafı üçün zəruri şərtdir. SHE
Congress-in məqsədi qadınlara təhsilin həyat boyu təmin etdiyi imkanları və şəxsi böyümə
və inkişafa sərmayəni göstərməkdir”.

SHE Congress qadın liderliyinin gücünə inanan və qlobal şəkildə müsbət dəyişikliyə nail
olmaq üçün qadın sərbəstliyinə dəstək verənlər üçündür.

Leave a Reply