Bakıda 24 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaq.
TIME Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata əsasən, 07.05.2023-cü il tarixdə Bakı şəhərində keçiriləcək “Bakı Marafonu – 2023” ilə əlaqədar olaraq tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 24 müntəzəm marşrutun (E1,M3,H1,1,2,4,5,6,10,18,21,30,32,46,49,53,61,65,88,120,125,149,175 və 205 nömrəli ) hərəkət sxemində dəyişikliklər ediləcək.