Laçın buraxılış məntəqəsi dövlət sərhədindən buraxılış məntəqələrinin siyahısına daxil edildi

Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda
dəyişiklik edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, baş nazir Əli Əsədovun iumzaladığı qərara əsasən siyahıya Laçın dövlət sərhədindən buraxılış məntəqəsi əlavə edilib.

Yeni buraxılış məntəqəsi Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında olan əraziyə nəzarət edir.

Leave a Reply